EN

Oğuzda 17 qovaq ağacı kəsildi - araşdırma aparılır

Oğuzda qanunsuz ağac kəsimi faktı ilə bağlı araşdırma aparılır.

DÄ°N-in MÉ™tbuat XidmÉ™tinin Şəki regional qrupundan bildirilib ki, OÄŸuz rayonunun Xaçmazqışlaq kÉ™ndi É™razisindÉ™ 17 É™dÉ™d qovaq aÄŸacının kÉ™silmÉ™si faktı üzrÉ™ araÅŸdırma aparılır.

Polis əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Xaçmaz kənd bələdiyyəsinə aid olan həmin əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, qovaq ağaclarının naməlum şəxslər tərəfindən kəsilməsi nəticəsində təbiətə 43400 manat ziyan vurulub.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Chosen
58
4
oxu24.com

4Sources