EN

AVRO-2024: Milli komandada SƏRT QADAĞALAR

AVRO-2024-ün gedişi zamanı İtaliya millisində sərt qaydalar tətbiq olunacaq.

İdman.biz xəbər verir ki, bu barədə qərarı baş məşqçi Luçano Spalletti verib.

Futbolçuların mobil telefondan istifadəsi sərt şəkildə məhdudlaşdırıb. Milli üzvləri yalnız nahar və şam yeməyindən əvvəl telefondan istifadə edə bilər. Masaj vaxtı və toplantıların gedişində mobil vasitələrdən istifadə tam qadağandır. Komanda üzvlərinə qulaqcıqlardan yararlanmaq qadağası da tətbiq olunur.

Futbolçulara “Sony PlayStation” oynamasına icazə verilsə də, məhdudiyyətlər qoyulub. Yalnız oyun otağında və gecəyarıdan gec olmamaqla belə əylənmək mümkündür. Zarafatlar və gülmək həddini aşmamalı, komandanın konsentrasiyasını pozmamalıdır.

Qeyd edək ki, Almaniyada keçirilən AVRO-2024-ə bu gün start veriləcək və yarış iyulun 14-dək davam edəcək.

İdman.biz

Məqalədə:
Chosen
85
1
idman.biz

2Sources