EN

"Qələbə qazanacağımıza inanıram" - Almaniyanın baş məşqçisi

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatına start verilir.

AZXEBER.COM xəbər verir ki, turnirin açılış matçında ev sahibi Almaniya Şotlandiya ilə qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq. 

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann etiraf edib ki, onun komandası Şotlandiya ilə qarşılaşma öncəsi bir az streslidir: 

\"Çətin matç olacaq. İlk oyun olduğu üçün bir az stressliyik. Ancaq qələbə qazanacağımıza inanıram”. 

Qeyd edək ki, 1992-ci ildən bəri milli komandalar arasında keçirilmiş yeddi görüşdə yalnız birində heç-heçə qeydə alınıb, qalan bütün görüşlərdə Almaniya qalib gəlib.
 
Məryəm
Chosen
122
azxeber.com

1Sources