EN

Dilan Polatın bacısı ilə qardaşı sərbəst buraxıldı

Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra qanunsuzluqlarda ittiham olunan türkiyəli sosial media fenomeni Dilan Polatla birgə saxlanılan bacısı Sıla Doğu və qardaşı Can Doğu azadlığa buraxılıb.

Axşam.az xəbər verir ki, 4-cü Sülh Cəza Məhkəməsində hakim Dilan Polat, Engin Polat, Sezgin Polat, Ahmet Gün və Alper Kürşat Polatın həbsinin davam etdirilməsinə qərar verərkən, Sıla Doğu və Can Doğu da daxil olmaqla 11 məhbusun azadlığa çıxmasını qərara alıb.

Xatırladaq ki, bir müddət öncə Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
4
big.az

3Sources