EN

Mats Hummels Dortmund “Borussiya”sı ilə vidalaşdı

Dortmund “Borussiya”sının alman mərkəz müdafiəçisi Mats Hummels klubdan ayrılaraq, komandanın düşərgəsini tərk edib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

35 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamağa ehtiyac duymayıblar. Dortmund təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədə idi.

Hummels artıq geridə qalmış 2023/2024 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 508 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.

Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib. Amma son anda alman mütəxəssis Hummelsi ölkəsinin ev sahibliyi edəcək AÇ-2024-də iştirak edəcək bundestimin heyətinə daxil etməyib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
129
12
arena.az

10Sources