EN

Azərbaycanda hotellər ucuzlaşıb? - AÇIQLAMA

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 3, 4 və 5 ulduzlu hotellərdə qiymətində azalma müşahidə edilib. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd edilib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, 2015-ci ildən sonrakı statistikaya baxsaq görərik ki, gələn müştəri kontingenti artıb:

 

“Pandemiyaya qədər ümumi artım müşahidə olunurdu, devalvasiyadan sonrakı dövrdə manat hesabı ilə qiymətlər yerində qaldı. Buna baxmayaraq, bir neçə il sonra şəhər mərkəzində yerləşən 5 ulduzlu hotel şəbəkələri qiymətləri kompensasiya etməyi bacardılar. Əslində artan xərclər fonunda 3 və 4 ulduzlu hotellər qiymətlərini elə də artıra bilmədi. Çünki bu kateqoriyada olan hotellərin sayının çox olduğu, gələn müştəri seqmentinin də əsasən 5 ulduzlu hotellərə maraq göstərdiyi üçün 5 ulduzlu hotellər bunun sayəsində qiymətlərini 50%, 80%, bəzən isə 100% artıra bilirlər. Amma 3 və 4 ulduzlu hotellərdə əksinə qiymət azalır. Yaranmış infilyasiya və digər xərclərlə əlaqədar olaraq xərclər artır. Gəlirlər isə manat bazında eyni qalır. Tutaq ki, əvvəl standart otaqlar əvvəl 50,60,70 manata, lüks otaqları 100-150 satırdılarsa, indi də hazırda qiymətlər demək olar ki, eyni səviyyədə qalmağa davam edir”.

 

C.Aşurov qeyd edib ki, Azərbaycanda ən çox üstünlük verilən turizm zonalarında mövsümə görə qiymətlərdə artım var:

 

“Xüsusən Quba-Qusar, Lənkəran, Qəbələ, Şəkidə qiymətlər mövsümidir. Amma deməzdim ki, qiymətlər keçən ildən çoxdur yaxud çox olacaq. Çünki xoşbəxtlikdən bölgələrdə hər il yeni yerlər açılır. Hotellərin sayı az olsa da kən evləri, villalar, şəxsi evlər retavrasiya olunaraq əhali üçün günlük kirayə verilir. Bu da qalma yerlərinin sayını artırır və qiymətlərə müsbət təsir edir”.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
modern.az

1Sources