EN

Şəkidə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - Fotolar

İyunun 14-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, veteranların iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu, yenidən hakimiyyətə gəldiyi gün Azərbaycanın dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan möhtəşəm zəfər də bu uğurların məntiqi nəticəsidir.

Tədbirdə 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonra tədbirdə Azərbaycan Dövlət Televiziyasının istehsal etdiyi “Qurtuluşa doğru” sənədli filmi nümayiş olunub.










Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
20
qafqazinfo.az

10Sources