EN

Polis azarkeşlərə spirtli içkidən marixuanaya keçməyi təklif etdi

Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun İngiltərə - Serbiya oyunu ərəfəsində Helzenkirhen polisi azarkeşlərə alkoqolu marixuana ilə əvəz etməyi təklif edib.

Publika.az "The Sun"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının fikrincə, bu, azarkeşlərin aqressivlik nümayiş etdirmə ehtimalını azaltmağa kömək edəcək.

“Əgər bir qrup insanın spirtli içki qəbul etdiyini və bir qədər aqressiv göründüyünü, digər qrupun isə marixuana çəkdiyini görsək, təbii ki, spirtli içki qəbul edən qrupa diqqət yetirəcəyik. Spirt kimisə daha aqressiv edə bilər, marixuana isə insanları rahat əhval-ruhiyyədə saxlayır.

Biz zorakılığın qarşısını almaq və insanları təhlükəsiz saxlamaq istəyirik. Diqqətimiz içki içən və zorakılığa səbəb ola biləcək azarkeşlərə yönələcək. Buna görə də biz spirtli içkilərlə bağlı ehtiyat tədbirləri görürük”, – deyə Helsenkirhen polisinin sözcüsü Stefan Knipp bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
publika.az

1Sources