“Sabah” klubu ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.
Prosport.Az xəbər veri ki, futbolçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
31 yaşlı futbolçu 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinir. O, komandanın heyətində meydana çıxdığı 29 oyunda 5 qolla yadda qalıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl Davit Volkovla vidalaşıb.