EN

İrəvana açıq hədə: Halqa daralır

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı mümkün qərarı təşkilatın müdafiə qabiliyyətinə təsir etməyəcək, ancaq Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək”. 

“Cebhe.info” xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Novosti”-yə bildirib. “Bu, yalnız Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək, başqa heç nə. Təbii ki, bu qərar erməni tərəfinin ixtiyarındadır. Amma fakt budur ki, qərarı erməni xalqının maraqlarını rəhbər tutmayan Ermənistanın indiki rəhbərliyi verəcək, bu faciədir”, - Kartapolov bildirib. Deputatın sözlərinə görə, Rusiya ümid edir ki, sağlam düşüncə ölkə rəhbərliyində deyil, erməni xalqında üstünlük təşkil edəcək. 

Rusiyanın dövlət rəsmilərinin bəyanatlarından belə görünür ki, Moskva Ermənistanı açıq şəkildə təhdid edir. Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya şərhində qeyd edib ki, Moskva heç cür Ermənistanı itirmək istəmir. 

“Rusiyanın siyasi dairələri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması istiqamətində addımlar atmağa hazırlaşmasından narahatlıq keçirir. Bu səbəbdən Rusiyanın dövlət rəsmiləri belə bəyanatlar səsləndirirlər. Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-ni tərk edəcəyi ilə bağlı eyhamlar vurur. 

Bununla yanaşı, son zamanlar ABŞ-nin dövlət rəsmiləri Ermənistana səfərlər edərək Paşinyan hakimiyyətinə KTMT-dən çıxmaqla bağlı məsləhətlər vermələri barədə məlumatlar dolaşır. Bu səbəbdən Moskva Ermənistanın atacağı addımların onun özü üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edir”. 

O bildirib ki, Rusiyanın dövlət rəsmilərinin bəyanatlarının arxasında təhdidlər dayanır:

“Yəqin ki, İrəvan Moskvanın mesajlarını nəzərə almağa başlayıb. Bu baxımdan Ermənistanın KTMT-ni tamamilə tərk etmək barədə qərar qəbul edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq”. 

Chosen
156
cebheinfo.az

1Sources