Dortmund "Borussiya"sı Mats Hummelslə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2019-cu ildə "Borussiya"ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Bundesliqanın qalibi olub.