EN

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lüksemburq XİN-in Konsulluq Məsələləri və Beynəlxalq Mədəniyyət Əlaqələri üzrə direktor Jan Klod Kuqener "X" hesabında bildirib.

“Azərbaycan XİN-də keçirilən ikitərəfli Lüksemburq-Azərbaycan Konsulluq Məsləhətləşmələrimiz üçün Bakıda olmaqdan məmnunam”, - o qeyd edib.

Azərbaycan tərəfindən məsləhətləşmələrdə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov iştirak edib.

Lüksemburq XİN rəsmisi vurğulayıb ki, iki ölkə arasında konsulluq əməkdaşlığına dair səmərəli müzakirələr aparılıb.

Chosen
88
2
bakivaxti.az

3Sources