EN

AFFA ömürlük cəzalandırılanlarla bağlı qərarı dəyişməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda “İrəvan”ın sabiq futbolçusu Fəhrmin Muradbəylinin şikayətinə baxılıb. Onun apelyasiya müraciəti təmin edilməyib.

O, danışılmış oyunlarda iştirakına görə ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsindən şikayət edib. Tribunal bu qərarın dəyişdirilmədən qüvvədə maşınaılmasına qərar verib.

Tribunal “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənovun apelyasiya şikayətini də təmin etməyib. Onun da eyni səbəbdən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi qərarı qüvvədə saxlanılıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
idman.biz

1Sources