EN

Azərbaycanda qızıl istehsalı 10,7% azalıb

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda 792 kq qızıl istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Hesabat dövründə 1363 kq isə gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% azdır.
 
2024-cü il iyun ayının 1-nə Azərbaycanda gümüş və qızılın hazır məhsul ehtiyatı müvafiq olaraq 684.2 kq və 204.5 kq təşkil edib.
 
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. 1997-ci il avqustun 21-də Azərbaycan Anglo Asian Mining PLC şirkəti ilə 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Müqaviləyə əsasən, bu yataqlardan 400 ton qızılın çıxarılması planlaşdırılır.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmış "AzerGold” QSC də qızıl hasilatı ilə məşğuldur.

Cəmiyyət Qaradağ, Çovdar, Heydər, Dağkəsəmən, Köhnəmədən ərazisi və Küryakçay hövzəsinin qızıl və dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
anews.az

1Sources