Ermənistan Ordusunun hərbçisi ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 14-də saat 08:20 radələrində müqaviləli hərbi qulluqçu Armen Qasparyanın güllə yarası almış meyiti qeyri-müəyyən şəraitdə aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisənin hansı istiqamətdə baş verdiyi hələlik məlum deyil.
Bizim.Media