EN

Türkiyə Kubokunda və Superkubokunda yeni format tətbiq olunacaq

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti 2024-2025-ci il mövsümündə Türkiyə Kubokunun yeni formatda keçirilməsinə qərar verib.

Məlumata görə, mövsümün əvvəlində Çempionlar Liqasının formatını hazırlayan "Hypercube" şirkətinin həyata keçirdiyi işlərdən sonra TFF İdarə Heyətinə təqdim edilən hesabatla formalaşdırılan yeni format seçmə və qrup mərhələlərindən ibarət olacaq.

Qarşılaşmalar bir görüşdən ibarət olacaq. Növbəti mövsüm Çempionlar Liqasında da tətbiq olunacaq İsveçrə sistemi üzrə qrup oyunları altı komandadan ibarət dörd qrupda, 24 komandanın iştirakı ilə keçiriləcək.

Qruplarda iştirak etmək hüququ qazanacaq 24 komanda liqa və uğur sırasına görə sıralanaraq 3 səbətdə qərarlaşacaq. Hər səbətdən iki olmaqla altı komanda bir qrup təşkil edəcək. Qrup yarışları nəticəsində ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.

Növbəti mövsümdə Türkiyəni UEFA kuboklarında təmsil edəcək beş komanda qrup yarışlarında birbaşa iştirak edəcək. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra qrupda iştirak etmək hüququ qazanacaqlar.

Yeni formata görə, 2024-2025 mövsümü Superliqa çempionu və Superliqa İkincisi, Türkiyə Kuboku çempionu və Türkiyə Kubokunun finalçısının iştirak edəcəyi Türkiyə Superkubokunda yarımfinal mərhələsində üz-üzə gələcəklər. Bu dörd komandadan ikisi finala vəsiqə əldə edərək kubok uğrunda mübarizə aparmalı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
hakimiyyet.az

1Sources