EN

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV-nin məbləği 2,5 dəfə artıb

Naxçıvanda

Naxçıvan, 14 iyun, AZƏRTAC

Cari il iyunun 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3506 ədəd olub.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yanvar-may ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 156,3 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 93,7 milyon manat və ya 2,5 dəfə çoxdur.

İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Cari ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.

 

Chosen
160
3
azertag.az

4Sources