Milli Müdafiə Nazirliyi 2-si İraqın şimalında, 1-i isə Suriyanın şimalında olmaqla ümumilikdə 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Herbiand.az xəbər verir ki, nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilir:
"Terrorçular üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 2 PKK terrorçusunu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.