Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bağlı keçirilən etiraz aksiyalarının iştirakçılarının çadır düşərgəsi yığışdırılıb, İrəvanda Marşal Baqramyan prospekti boyu nəqliyyatın hərəkəti bərpa edilib.Elchi.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.Onlar “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın düşərgənin başqa yerə köçürülməsi ilə bağlı bəyanatından sonra gecə saatlarında çadır düşərgəsini yığışdırmağa başlayıblar.Ötən gün B.Qalstanyan etirazçıların iyunun 17-də yenidən parlament binası yaxınlığında toplaşacağını bildirib. Bu tarixdə müxalifət fraksiyalarının tələbi ilə hökumətin istefası ilə bağlı parlamentin növbədənkənar iclası keçiriləcək.Havar Şəfiyeva