Prezident İlham Əliyev "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda aşağıdakı dəyişikliklər edilib:
"40-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu"
40-2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya Xidməti"
40-3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi";
1.2. 47-ci hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 48-ci hissə əlavə edilsin:
"48. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti.".
Bu fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.