EN

Türkiyədə zəlzələlərdə ölənlərin sayı açıqlandı

2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin son sayı açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Türkiyə hökuməti Milli Statistika İnstitutunun hesablamalarına əsasən, təbii fəlakət 45 784 nəfərin həyatına son qoyub. 

Xatırladaq ki, episentri Türkiyənin Kahramanmaraş əyalətində olan 7,7 və 7,6 bal gücündə zəlzələlər 2023-cü il fevralın 6-da səhər saatlarında baş verib. Türkiyənin 11 vilayətində yeraltı təkanlar və sonra minlərlə artçı təkanlar baş verib. 

Təxminən 34 000 bina dağıdılıb, 200 000-dən çox binaya ziyan dəyib. Ölkəyə dəyən ümumi ziyan 100 milyard dolları ötüb. 

Chosen
106
cebheinfo.az

1Sources