EN

“Müxtəlif qidaları eyni vaxtda istehlak etmək olmaz” - HƏKİM MƏSLƏHƏT GÖRDÜ

“Məlumdur ki, qarşıdan Qurban bayramı gəlir. Bütün bayramlarda olduğu kimi, insanlar çalışmalıdır Qurban bayramında da qida istehlakına xüsusi diqqət yetirsin. Çox qarışıq qidanı bir gündə yemək doğru deyil. Çünki həzm prosesində mədə funksiyasını nizamsız həyata keçirir. Mədəni çox yükləmək yanlış addımdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Gülnar Quliyeva deyib.

Həkim bildirib ki, xüsusən bayramlar zamanı süfrələrdə müxtəlif təamlar olur: “Xüsusi diqqətlə açılan süfrələrə balıqdan tutmuş, qırmızı ət və cürbəcür salatlara, turşulara qədər çeşid düzülür. Bayram ənənələrimiz xoş təsir bağışlasa da, xəstəliklər, problemlər daha çox bayramdan sonra baş verir. Ona görə ki, insanlar qida rasionuna bu müddətdə önəm vermirlər. Qarışıq və nizamsız qidalanma orqanizmdə balansı pozur və nəticədə daha öncə riskli olan xəstəliklər baş qaldırır”.

Mütəxəssis qeyd edib ki, bu səbəbdən mütləq bayram zamanı və hər gün qidalanmamıza diqqət etməliyik: “Müxtəlif qidaları eyni vaxtda istehlak etmək olmaz”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
sia.az

1Sources