EN

AÇ-nin açılış matçı üçün 42 gün yol getdi - Video

Şotlandiya yığmasının azarkeşi Kreyq Ferqyuson AÇ-2024-ün açılış matçını izləmək üçün 42 gün yol gedib.

“Qafqazinfo” xəbər verir ki, o, Qlazqo şəhərindən Almaniyanın Münhen şəhərinə qədər 1600 km məsafə qət edib. 

Kreyq komandasının bu gün Almaniyaya qarşı keçirəcəyi oyun üçün bu addımı atıb. 

Qeyd edək ki, Avropa çempionatının açılış matçı bu gün, saat 23:00-da təşkilatçı ölkə Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək.

Chosen
119
qafqazinfo.az

1Sources