EN

Bu gün Azərbaycanda "Son zəng"dir - FOTOREPORTAJ

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir. 250 nömrəli məktəbdə də bu tədbir təmtəraqlı şəkildə qeyd olunur.

Gundem.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbin direktoru Gülanə Əliyeva açılış nitqi ilə çıxış edib.

"Bugün bizim tədbirimizdə 3 şəhid məzunumun anası da iştirak edir. Bu, bizim üçün böyük qürurdur. Məzunlarımıza gələcək həyatlarında uğurlar arzu edirik. Bu ilki uğurlarımız bizi daha çox sevindirir. Ümid edirik ki, məzunlarımız bundan sonrakı həyatlarında da məktəbimizi fəxrlə təmsil edəcəklər”.

Çıxış edən şəhid anaları həm məzunları, həm də onların valideynlərini təbrik ediblər.

Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Mürvət İbrahimli isə tədbirdə iştirakından məmnun olduğunu bildirib. O, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra "Son zəng" tədbiri məzunların mahnıları və rəqsləri ilə davam edib.(Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
gundem.az

1Sources