EN

"Mançester Yunayted"in maraqlandığı futbolçu üçün rekord məbləğ təyin edildi

\"Mançester Yunayted\"in maraqlandığı futbolçu üçün \"Everton\" rekord məbləğ təyin etdi. 

AZXEBER.COM xəbər verir ki, son mövsümdə çıxışı ilə diqqətləri özünə cəlb edən Carrad Brantueyt \"Qırmızı şeytanlar”ın radarına düşüb.

Klub 21 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. 

Yay transfer pəncərəsi bu gündən açılır və \"Everton” mərkəz müdafiəçisi üçün 80 milyon funt sterlinq dəyər biçib. 

Xatırladaq ki, 2019-cu ildə \"Mançester Yunayted”in \"Lester Siti”dən Harri Maquayrı transfer edərkən bu məbləği ödəmişdi. Həmin keçid isə ən bahalı müdafiəçi transferi kimi tarixə düşmüşdü.

Məryəm
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
azxeber.com

1Sources