EN

Ukrayna yığması AÇ-2024-də əlavə təhlükəsizlik xidməti alacaq

Ukrayna yığması Avropa çempionatının (AÇ-2024) keçiriləcəyi dövr ərzində əlavə təhlükəsizlik xidməti ilə təmin ediləcək.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

Almaniyanın daxili işlər naziri Nensi Fezer nəşrə müsahibəsində bu barədə məlumat verib:

“Bu, bizim üçün xüsusi çağırışdır. Biz məhz bu komandaya xüsusi müdafiə təqdim etməkdə qərarlıyıq”, deyə nazir bildirib.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün start götürəcək yarış düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Ukrayna yığması qitə birinciliyində Belçika, Slovakiya və Rumıniya yığmalarının yer aldığı “E” qrupunda mübarizə aparacaq.

Chosen
112
arena.az

1Sources