EN

Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?

Qarşıdakı bir ay ərzində komandalar təkcə Avropa çempionatının kuboku uğrunda deyil, həm də pul mükafatları uğrunda mübarizə aparacaqlar.BolgƏ.tv xarici mətbuata istinadən xəbər verir ki, Avro 2024-də məbləğ son turnirdəki kimi - 331 milyon avro qalıb.Belə ki, Avro-2020-nin mükafat fondu daha böyük olmalı idi, lakin pandemiya səbəbindən azaldı və bu dəfə artırmamaq qərarına gəldilər. Vəsait aşağıdakı kimi paylanacaq:Qrup mərhələsinə düşmək – € 9,25 milyon hər iştirakçı komanda onu alacaq;Qələbəyə görə pul mükafatı – 1 milyon avro;Heç-heçə üçün bonus – 500 min avro;1/8 finala vəsiqə – 1,5 milyon avro;1/4 finala çıxmaq – 2,5 milyon avro;Yarımfinala çıxmaq – 4 milyon avro;İkinci yer – 5 milyon avro;Qalib – 8 milyon avroQrupdakı hər üç matçda qalib gəlsə, çempionun ala biləcəyi maksimum məbləğ 28,25 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources