EN

15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olundu

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində hazırladığı “Quruculuq salnaməsi. Başlanğıc” adlı geniş videomaterial nümayiş olunub.

Sonda kitabxananın direktoru Aslan Cəfərov müəllifi olduğu “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinə hədiyyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
kulis.az

1Sources