EN

KORKUT HHM sistemi EUROSATORY-2024 sərgisində nümayiş etdiriləcək

ASELSAN şirkətinin KORKUT hava hücumundan müdafiə sistemi (HHM) 17-21 iyun tarixlərində Fransanın Paris şəhərində keçiriləcək EUROSATORY-2024 sərgisində nümayiş etdiriləcək.

“Poliqon xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

“Otokar” şirkətinin ARMA 8×8 zirehli nəqliyyat vasitəsinə inteqrasiya olunan KORKUT HHM sistemi 35 mm-lik qoşalaşdırılmış zenit top ilə silahlandırılıb. O, düşmənin “hava-yer” tipli raketlərini, qanadlı raketlərini, pilotsuz uçuş aparatlarını və bu kimi hava hədəflərini məhv etmək imkanına malikdir. İndiyə kimi bir çox sərgidə nümayiş etdirilən KORKUT HHM sistemi Türkiyə Ordusunun inventarında yer almaqdadır.

ARMA 8×8 müxtəlif missiyalar üçün amfibiya imkanlarına malik döyüşdə sübut edilmiş modul platformadır. ARMA müasir orduların sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verir. ARMA 8×8 yüksək missiya daşıma bacarığı və geniş interyerləri ilə yanaşı, aşağı silueti ilə də diqqət çəkir. Yüksək ballistik və mina mühafizəsinə malik zirehli monokok gövdə 120 mm-ə qədər fərqli spesifikasiyalarda müxtəlif təyinatlı avadanlıq və silah sistemlərini quraşdırmağa imkan verir. ARMA, piyada döyüş maşını, komanda və idarəetmə, hava hücumundan müdafiə, istehkam, ambulans, təmir-bərpa, dəstək və oxşar missiyalar üçün uyğun platformadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
142
poliqon.az

1Sources