EN

Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb (VİDEO)

Bakı. Trend:

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin XalqAzadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəismüavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə Şəhidlərxiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidolmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə güldəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.

Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onlarıölkəmizdə görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbiəməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdəinkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətəçatdırılıb.

General-polkovnik Z.Həsənov uzun illər işğal altında olantorpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında AzərbaycanOrdusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azadedilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağiqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərərvermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanınərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.

Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərtisərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qinhər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi,eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi iləmütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyinidiqqətə çatdırıb. Çinli qonaq Azərbaycan Respublikasının müdafiənazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci PekinSyanşan Forumuna dəvət edib.

Çinin Azərbaycanla birlikdə regionda sülhün və sabitliyin təminolunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeydedilib.

Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi,hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuranməsələlər barədə geniş müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
43
az.trend.az

10Sources