EN

Polad Həşimovun oğlunun "Son zəngi"dir: "Çox istəyərdim ki, atam da yanımda olsun"

Polad Həşimovun oğlunun "Son zəngi"dir: "Çox istəyərdim ki, atam da yanımda olsun"

Bu gün Azərbaycanın orta məktəblərində "Son zəng" günüdür.

Sonxeber.az xəbər verir ki, "Son zəng"i olanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimovdur. Bu barədə "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

AzTV-yə danışan Davud Həşimov bildirib ki, "Çox istəyərdim ki, atam da yanımda olsun"

Xatırladaq ki, General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
1
sonxeber.az

2Sources