EN

Qohum nikahı ilə bağlı müzakirə: Bu şəxslər üçün fərqli variant olmalıdır

Siyavuş Novruzov Gürcüstanda olan azərbaycanlı miqrantlara güzəşt olunmasını təklif edib. Çox sayda Gürcüstanda yaşayan həmvətənimiz bununla bağlı müraciət edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdırlar: “Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Belə çıxır ki, biz hansısa əcnəbiyə tətbiq etdiyimiz yanaşmanı azərbaycanlıya da tətbiq edək? Onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
7
teleqraf.com

9Sources