EN

Neymar oynamaq arzusunda olduğu komandanın adını açıqladı

Braziliya millisinin və Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının hücumçusu Neymar oynamaq arzusunda olduğu klubun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" 32 yaşlı ulduz forvardın dediklərini belə çatdırıb:

“Mənim arzum “Flamenqo”da oynamaqdır. Bu, "Santos"dan sonra ikinci sevimli komandamdır. "Flamenqo"nu həqiqətən sevirəm. Nə vaxtsa bu komandaya düşsəm, əla olar. Amma bunun mümkün olub-olmadığını bilmirəm. İndi mənim "Əl-Hilal" ilə müqaviləm var”.

Xatırladaq ki, Neymar ötən yay Səudiyyə Ərəbistanı çempionatına keçmişdi. Oktyabr ayında braziliyalının çarpaz bağı yırtılıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub. O, cəmi 5 oyun keçirməyi bacardığı komandada bir qol vurub və üç məhsuldar ötürmə edib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
fanat.az

1Sources