EN

"Beşiktaş" yeni baş məşqçisi üçün imza mərasimi keçirir

Super Liqa təmsilçilərindən "Beşiktaş" yeni baş məşqçisi Covanni van Bronkxorst üçün imza mərasimi keçirir. 

Apasport.az xəbər verir ki, Hollandiyalı baş məşqçi və "Beşiktaş" klubunun prezidenti Həsən Arat imzalanma mərasimində açıqlama verib. 

Həsən Arat Covanni barəsində bunları söyləyib: 

"Covanni özünü sübut etmiş bir addır. O, hamımızın tanıdığı və hörmət etdiyi bir futbol adamıdır. Onun klubumuza ən uyğun adlardan biri olduğuna tam inanırıq. Baş məşqçimiz Covanni van Bronkxorst və onun köməkçisi Qasteli salamlayıram. Türkiyənin ən böyük klubu "Beşiktaş"a xoş gəlmisiniz".

Qeyd edək ki, İstanbul təmsilçisi Covanni van Bronkxorstla 2+1 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
3
apasport.az

4Sources