EN

BOK 124 ildən sonra Olimpiadanın nəticəsini dəyişdirdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclasının ikinci günündə maraqlı qərar qəbul edilib. İclasda 1900-cü ildə Parisdə (Fransa) keçirilmiş Yay Olimpiya oyunlarının nəticələrinə baxılması qərara alınıb. Söhbət 25 kilometrlik velosiped yarışından gedir.

Böyük Britaniyanı təmsil edən Lloyd Hildebrand həmin yarışda ikinci yeri tutmuşdu. BOK idmançının Fransada doğulub boya-başa çatdığına görə, onun Böyük Britaniya komandasına medal qazanadıra bilmədiyini əsas gətirib. Velosipedçi həmçinin, 1900-cü il oyunlarından əvvəl və sonra Fransa klubunda çıxış edib.

“İcraiyyə Komitəsi BOK-un tarixi sənədlərinə düzəlişlər etməyə razılaşıb. Yeni məlumatlara əsasən, BOK İcraiyyə Şurası oxşar hallarda olduğu kimi eyni siyasəti tətbiq etmək qərarına gəlib”, – BOK-un mətbuat xidmətinin nümayəndəsi Mark Adam iclasın ikinci günündən sonra keçirilən brifinqdə bildirib.

Bu qərara baxmayaraq , ümumi medallar cədvəlində ciddi yerdəyişmə baş verməyib. Olimpiadanın nəticələrinə görə, Fransa birinci yeri tutmaqda davam edib (27 qızıl, 39 gümüş və 37 bürünc mükafat). Böyük Britaniya komandası 15 qızıl, 7 gümüş və 9 bürünclə üçüncü yerdə qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
futbolinfo.az

1Sources