EN

Fransa yığmasının sabiq yarımmüdafiəçisi "Şamaxı"da - SON DƏQİQƏ

Yenidən Premyer Liqaya qayıdan «Şamaxı» ikinci legioner transferini reallaşdırıb.

I Liqanın çempionu kimi elitaya dönən əyalət təmsilçisi «Turan Tovuz»dan ayrılan Belajdi Pusidən sonra Brahim Konate ilə anlaşıb.

«Şirlər» fransalı ilə 1 illik müqavilə imzalayıb.

1996-cı il təvəllüdlü mərkəz yarımmüdafiəçisi son olaraq İsraildə çıxış edib. O, «Hapoel Afula»nın formasını geyinib.

28 yaşlı fransız yerli “Oser”in yetirməsidir. Ölkəsində “Kamois Niortays”sın da şərəfoni qoruyub.

Daha sonra İspaniyada “Fuenlabrada” və “Rayo Majadahonda”nın uğurları üçün tər töküb.

2023-cü ilin əvvəlində Litvada “Kauno Jalqris”a üz tutub, 6 ay sonra isə İsrailə yollanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources