EN

“Sabah” daha bir legionerlə vidalaşıb

 
 
"Sabah"ın mövsümlərarası fasilədə yola saldığı növbəti legionerin adı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "bayquşlar" Kurasao millisinin oyunçusu Jarl Marqarita ilə yolları ayırıb.
 
Komandanın baş məşqçisi Krunoslav Renduliç 24 yaşlı yarımmüdafiəçinin performansından, məşqlərə yanaşmasından narazı qalıb. Xorvatiyalı mütəxəssis rəhbrəliyə Marqaritanın intizamından şikayət edərək, onun yola salınmasını istəyib.
 
Qeyd edək ki, ötən yay komandaya cəlb olunan futbolçu ötən mövsüm Masazır təmsilçisinin heyətində ümumilikdə 23 oyuna çıxıb və 1 qolla yadda qalıb. Onu da vurğulayaq ki, dünən Davit Volkovun da qəsəbə təmsilçisindən ayrıldığı rəsmən açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
sport24.az

1Sources