EN

Böyük ofislərdə iş rejimi kiçik ofislərdən daha gərgin olur?

Böyük ofislərdə işçilərin daha gərgin iş qrafikində çalışması, kiçik ofisdə isə daha rahat işləməsi ilə bağlı fikir formalaşıb. Böyük ofislərdə işçilərin çox olmasının əlavə gərginlik yarada bildiyi qeyd olunur. Həqiqətən böyük ofislərdə iş rejimi kiçik ofislərdən daha gərgin olur? 

Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, böyük şirkətlərdə həmişə problemlər və hər xasiyyətdə insanlar olur:

"Böyük ofisdə çalışan işçilərin münasibətləri də fərqli olur. Biri isti davranır, biri soyuq davranır. Buna görə də, produktivliyə təsir edə, daha gərginlik ola bilər. Kiçik ofislərdə 4-5 nəfər işçi olur. Onlar daha tez mehribanlaşır, bir yerdə çox vaxt keçirdikləri üçün iş rejimini daha maraqlı edə bilirlər. Amma kiçik ofislərdə də işçilər arasında münasibətlər yaxşı olmayanda, istər-istəməz müəyyən gərginliklər yarana bilər.

Ümumilikdə isə, çox işçi olan yerdə istəmədən də olsa, gərginlik olur, işçilər özünü narahat hiss edə bilir. Ona görə də, kiçik ofislər daha faydalı ola bilir. Hətta indiki şirkətlər açıq sahədə olan ofislərə üstünlük verirlər. Bütün komandanı bir yerdə oturdurlar. Bu da, özlüyündə mənfi nəticələrə gətirib çıxara bilir. Təbii ki, çeviklik və şəffaflıq baxımından bunu edirlər. Amma işçilər kiçik otaqlarda oturan zaman daha səmimi, daha mehriban mühit yaranır".

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
valyuta.az

1Sources