EN

Hindistanda meşə yanğınını söndürərkən dörd nəfər həlak olub

Hindistanda

Bakı, 21 may, AZƏRTAC

Hindistanın şimalındakı Uttarakhand əyalətində yanğını söndürərkən dörd meşə işçisi həlak olub, dördü isə yanıq xəsarətləri alıb.

AZƏRTAC “Times of India” saytına istinadla xəbər verir ki, hadisə Uttarakhand ştatının paytaxtı Dehradundan təxminən 370 kilometr şərqdə, Almora rayonunda Binsar Vəhşi Təbiət Qoruğunda baş verib.

Meşə idarəsi rəsmilərinin sözlərinə görə, yanğını söndürmək üçün səkkiz nəfərdən ibarət qrup hadisə yerinə gəlib. Lakin külək alovu daha da gücləndirib. Yaralılar təyyarə ilə xəstəxanaya çatdırılıb.

Rəsmilər ştatda yanğınların yenidən baş qaldırmasını havaların isti və quraq keçməsi ilə əlaqələndiriblər. Son 24 saat ərzində 4,5 hektar meşə sahəsinə ziyan vuran yeddi yanğın hadisəsinin qeydə alındığı bildirilir.

Qeyd edək ki, ötən ay ştatın Almora və Qarxval rayonlarında baş verən meşə yanğınlarında beş nəfər həlak olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
1
azertag.az

2Sources