EN

NATO-dan Zelenskini sevindirəcək təklif

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, o, müttəfiq ölkələrə ehtiyac olduğu müddət ərzində Ukraynaya illik ən azı 40 milyard avro hərbi dəstək vermək üçün maliyyə öhdəliyi təklif edib.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısının ilk gün iclaslarının sonunda mətbuata açıqlama verib.

Əsas gündəmin Ukraynaya dəstək olduğunu ifadə edən Stoltenberq, "Nazirlərdən sabah NATO-nun Ukrayna üçün təhlükəsizlik yardımı və təlim planı ilə bağlı razılığa gəlmələrini gözləyirəm" dedi.

Stoltenberq vurğuladı ki, Ukraynaya hərbi dəstəyin demək olar ki, hamısı NATO müttəfiqləri tərəfindən təmin edilir və yeni plan bu dəstəyi möhkəm əsaslara qoyacaq və proqnozlaşdırıla bilər.

Müttəfiqlərin Ukraynaya illik hərbi dəstəyinin 40 milyard avro civarında olduğunu bildirən Stoltenberq, bu məbləğin minimum meyar kimi müəyyən edilməsini və Ukraynanın ehtiyacı olduğu müddətə qədər verilməsini təklif etdiyini bildirib.

Stoltenberq bu gün keçirilən iclasda NATO-Ukrayna innovasiya əməkdaşlığı proqramının da təsdiqləndiyini və müttəfiqlərin Polşada NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinin (JATEC) yaradılmasına hazırlaşdıqlarını qeyd edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
1
turkustan.az

2Sources