EN

Bloomberg: Almaniya Çin elektromobillərinə tariflərin artırılmasına qarşısıdır

Bloomberg:

Bakı, 14 iyun, AZƏRTAC

Almaniya hökuməti Avropa İttifaqının Çin elektrik avtomobillərinə tətbiq edəcəyi yeni tariflərin qüvvəyə minməsinin qarşısını almağa və ya yumşaltmağa çalışır.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Ekspertlərin fikrincə, Berlin yeni tariflərin yerli avtomobil istehsalçıları, o cümlədən Çin tədarüklərindən asılı olan “Volkswagen”, “Mercedes-Benz” və BMW üçün ciddi nəticələrə səbəb olacağından ehtiyatlanır. Almaniyanın iqtisadiyyat naziri Robert Habek gələn həftə bu məsələni müzakirə etmək üçün Çinə səfər etməyi planlaşdırır.

İyunun 13-də Macarıstanın xarici işlər naziri Peter Siyyarto da ölkəsinin Çində istehsal olunan elektromobillərin və digər malların idxalına rüsumların artırılmasına qarşı olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə “Financial Times” qəzeti öz mənbələrinə istinadla Avropa Komissiyasının Çin elektrik avtomobillərinin idxalına 25 faizədək əlavə rüsum tətbiq etmək niyyətində olduğu barədə məlumat yaymışdı. Fransa və İspaniya ittifaqın bu qərarını dəstəkləsə də, Almaniya, İsveç və Macarıstan bunun əleyhinədir. Analitiklərin fikrincə, Brüsselin bu qərarı Çinlə ticarət müharibəsinin başlamasına səbəb ola bilər.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
37
azertag.az

10Sources