EN

Naxçıvanda vergi ödəyicilərinin sayı artır

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, 2024-cü ilin yanvar - may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

2024-cü ilin yanvar - may aylarında qeydiyyata alınmış aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 2607 olub.

Cari ilin 5 ayında aktiv vergi ödəyicilərində bağlanmış yeni əmək müqavilələrinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 526 olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
6
marja.az

7Sources