EN

“Araz Saatlı” qisas almaq istəyir

Məlum olduğu kimi, “Araz Saatlı” ilə “Cəbrayıl” iyunun 15-də pley-offun cavab görüşündə üz-üzə gələcək. İyunun 9-da Bakıda keçirilən ilk oyunda qarabağlılar 2:0 hesabıyla qalib gəlib.

Bəs Saatlı klubu cavab görüşünə necə hazırlaşır, qələbəyə inamı varmı? Klub prezidenti Ədalət Abdullayevlə əlaqə saxladıq, hazırlıqla maraqlandıq:

“Oyuna çox ciddi hazırlaşırıq. Xüsusən də "CBC Sport”un canlı yayını ilə bağlı istəyirik ki, hər şey qaydasında olsun. Səhv etmirəmsə, rayonumuzda ilk belə geniş həcmli canlı yayın olacaq. Buna görə çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Təbliğat işini apardıq. İnanırıq ki, kifayət qədər azarkeş bizi məhz tribunadan dəstəkləyəcək. Komandamıza inananlar gəlib sonacan dəstək göstərəcək. Klub olaraq da çalışırıq ki, onların etimadını doğruldaq və qalib gələk. Hazırlıq da, motivasiya da yüksəkdi. Pley-offun birinci oyununda, ümumilikdə mövsümboyu bizi izləyənlər bu oyunla 1-ci liqada sonuncu pillədə sonuncu yerə layiq görmürlər. “Cəbrayıl”ın futbolçularının bizim oyunçulara səmimi etirafı da bunu deməyə əsas verir. Həmçinin azarkeşlərin hər biri də etiraf edir ki, doğrudan da, nümayiş etdirdiyimiz oyunla nə sonuncu pilləyə, nə də ötən görüşdə 0:2 uduzmağa layiq deyildik. Lakin bu futboldu, şans daönəmli rol oynayır. İnanırıq ki, bu dəfə şans bizim yanımızda olacaq. Bu dəfə dirəyə bizim yox, rəqibin topları tuş gələcək”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources