İsrail Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələrin Livanın cənubunda 3 mərtəbəli binanı vurduğu bildirilir.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Sur şəhərinin şərqində yerləşən bir bina raket atəşinə tutulub, 7 nəfər yaralanıb.
Hadisə zamanı binanın tamamilə çökməsi nəticəsində ölənlərin də olduğu istisna edilmir.
Hücumla bağlı hələ ki, nə İsrail ordusu və nə də Livan hakimiyyəti açıqlama verib.