EN

Meksikada altı nəfər bıçaqlanaraq öldürülüb

Meksikanın Tabasko ştatında bara edilən hücumda ən azı 6 nəfər həlak olub.

Bu barədə Milenio məlumat yayıb.

Hadisə Makuspan bələdiyyəsinin San-Karlos şəhərində baş verib. Bir qrup silahlı şəxs qanunsuz barlardan birinə daxil olaraq orada spirtli içki içən qonaqlara bıçaqla hücum edib.

Hadisə nəticəsində altı nəfər həlak olub, onlardan ikisinin başı kəsilib. Daha bir neçə nəfər yaralanıb.

Nəşr xatırladıb ki, ötən həftə həmin şəhərdə uşaq bağçasının qarşısında ağ mələfəyə bükülmüş üç başsız cəsəd tapılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
2
7news.az

3Sources