EN

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 17 milyard 359 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda qaz nəqlinin 54,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,63 faiz artaraq 9 milyard 471,6 milyon kubmetr təşkil edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
7
azertag.az

8Sources