EN

Aksiyada saxlanılan ermənilər bölmələrdə vəhşicəsinə döyülürlər - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. İki gün öncə “Vətən uğrunda Tavuş” hərəkatının paytaxtda keçirdiyi vətəndaş itaətsizliyi aksiyası qanlı toqquşmalarla bitib. Aksiyalar zamanı iğtişaşlar qeydə alınıb, 100-ə yaxın vətəndaş saxlanılıb. Bundan başqa, altısı polis olmaqla 50-dən çox etirazçı xəsarət alıb. 

Bu gün isə Milli Assambleyanın “Hayastan” fraksiyasının deputatları Qeqam Manukyan və Arman Qazaryan Baqramyan prospektində həbs edilmiş 5 vətəndaşın saxlandığı Aştarak şəhər polis bölməsinə baş çəkmələri barədə məlumat yayıblar. Qeyd edilir ki, məlum olub ki, etirazçılar polis tərəfindən zorakılığa məruz qalıblar:"İki vətəndaşın vəziyyəti ağırdır. Onlar bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıblar". Deputatların sözlərinə görə, polis əməkdaşları bölməyə təcili tibbi yardım çağırıb. Yalnız bundan sonra vətəndaşlar müayinə və müalicə üçün Aştarak Tibb Mərkəzinə aparılıblar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Arxiyepiskopun iyunun 9-da "Vətən uğrunda Tavuş hərəkatının” tərəfdarlarını hökumətin istefasına nail olmaq üçün iyunun 10-dan 4 günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırmasından sonra bir neçə gündür ki, parlament binası qarşısında çadırlar qurulub, etirazçılar oturaq aksiya keçirirlər.

Tural


Chosen
171
news365.az

1Sources