1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş Bakıda müxtəlif idman obyektləri ilə tanış olub.
Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, Portuqaliyalı mütəxəssis bu məqsədlə "Liv Bona Dea Arena", Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, "ASCO Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
Qeyd edək ki, baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.