EN

Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanıldı - FOTO - VİDEO

Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb. 

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

FOTO QALEREYA
Chosen
132
14
avtosfer.az

10Sources