Almaniyanın ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatında (AVRO 2024) bu gün ilk qarşılaşma baş tutacaq.
Missiya.Az xəbər verir ki, turnirin açılış matçında A qrupunda ev sahibi Almaniya və Şotlandiya milli komandaları üz-üzə gələcək.
Qeyd edək ki, “Allianz Arenada” keçiriləcək Almaniya-Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Məlumata görə, oyunu fransalı hakim Klement Turpin idarə edəcək.
Daşqın HəsənovMissiya.Az